Ana Sayfa > Xəbər > Azərbaycan və Qırğızıstan müdafiə nazirlərinin ikitərəfli görüşü keçirilib - FOTO

Azərbaycan və Qırğızıstan müdafiə nazirlərinin ikitərəfli görüşü keçirilib - FOTO


9-06-2022, 00:25. Yazar: admin


İyunun 8-də İzmir şəhərində Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov və Qırğızıstan Respublikasının müdafiə naziri general-leytenant Baktıbek Bekbolotov arasında ikitərəfli formatda görüş keçirilib.

Müdafiə Nazirliyindən APA-ya verilən xəbərə görə, görüşdə ölkələrimiz arasında hərbi, hərbi-təhsil və qarşılıqlı əməkdaşlığın müxtəlif sahələri, eləcə də maraq doğuran digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb.


Geri dön