Ana Sayfa > Xəbər > “Formula-1”lə bağlı nəqliyyatın hərəkəti bu gecədən qismən məhdudlaşdırılacaq

“Formula-1”lə bağlı nəqliyyatın hərəkəti bu gecədən qismən məhdudlaşdırılacaq


3-06-2022, 21:38. Yazar: admin
“Formula-1”lə bağlı nəqliyyatın hərəkəti bu gecədən qismən məhdudlaşdırılacaq

Paytaxt Bakıda keçiriləcək “Formula-1” Azərbaycan Qran-prisinə hazırlıq işləri çərçivəsində
quraşdırma işləri davam edir.

Oxu.Az xəbər verir ki, 4 iyun tarixinə keçən gecədən Rəsul Rza küçəsi və Neftçilər prospektinin kəsişməsi təhlükəsizlik baryerlərinin quraşdırılması səbəbilə nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq.

Burada nəqliyyatın hərəkəti yarış bitdikdən sonra bərpa olunacaq.



Həmçinin, 4 iyun tarixindən 5 iyun tarixinə keçən gecə Neftçilər prospektində yerləşən Bakı Dəniz Vağzalının önündə beton blokların quraşdırılması həyata keçiriləcək. Bununla əlaqədar yol bir qədər daralacaq.



Qeyd edək ki, növbəti “Formula-1” Azərbaycan Qran-prisi 10-12 iyun tarixlərində keçiriləcək.
Geri dön