Ana Sayfa > Xəbər > Azərbaycanın dövlət büdcəsinə dəyişiklik ediləcək
Azərbaycanın dövlət büdcəsinə dəyişiklik ediləcək1-06-2022, 17:35. Yazar: admin |
Bu ay “2022-ci il dövlət büdcəsi haqqında” qanuna yenidən baxılacaq. Bunu “Report”a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov bildirib. “Dünya bazarında neftin 1 barelinin qiyməti 100 ABŞ dollarını keçib. Əlavə vəsaitlər var. Odur ki, büdcəyə yenidən baxılması zərurəti yaranıb”, - deyə o qeyd edib. V.Əhmədovun sözlərinə görə, hazırda Azərbaycanın işğaldan azad edilmiş ərazilərimizdə sürətli bərpa və yenidənqurma işləri həyata keçirilir: “Bu işləri daha da sürətləndirmək üçün əlavə vəsaitə ehtiyac ola bilər. Prezident İlham Əliyev həmin işləri diqqət mərkəzində saxlayır, həmin ərazilərə tez-tez səfər edir. Nazirlərin də əksəriyyəti həmin ərazilərdə iş başındadır”. “Bundan başqa, büdcəyə dəyişikliklər zamanı sosial sahəyə də əlavə vəsaitin ayrılması nəzərdə tutula bilər”, - deyə deputat əlavə edib. Geri dön |