Ana Sayfa > Xəbər > Denisova Ukrayna Ombudsmanı vəzifəsindən azad edilib
Denisova Ukrayna Ombudsmanı vəzifəsindən azad edilib1-06-2022, 00:19. Yazar: admin |
Ali Rada Lyudmila Denisovanın Ali Radanın İnsan Hüquqları üzrə Müvəkkili vəzifəsindən istefasına səs verib. Qərar 234 xalq deputatı tərəfindən dəstəklənib. Qeyd edək ki, Denisova bu vəzifəni 2018-ci il martın 15-dən icra edir. Bundan əvvəl o, Yuliya Timoşenko (2007-2010) və Arseni Yatsenyuk (2014) hökumətlərində sosial siyasət naziri olub. 2022-ci il aprelin 27-də keçmiş uşaq ombudsmanı Nikolay Kuleba Denisovanı Xersonda 58 uşağın harada gizləndiyi barədə məlumatı işğalçılara verməkdə ittiham edib, İddiaya görə bundan sonra rusiyalı hərbçilər onları Krıma aparıb. Mənbə: UNİAN Geri dön |