Ana Sayfa > Xəbər > Azərbaycanda son sutkada 11 nəfər koronavirusa yoluxub, ölən olmayıb

Azərbaycanda son sutkada 11 nəfər koronavirusa yoluxub, ölən olmayıb


27-05-2022, 16:53. Yazar: admin


Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 11 yeni yoluxma faktı qeydə alınıb, 9 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Musavat.com-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslər arasında ölən olmayıb.

İndiyədək ölkədə ümumilikdə 792 746 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 782 987 nəfər müalicə olunaraq sağalıb, 9 712 nəfər vəfat edib. 47 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 163, bu günə qədər isə ümumilikdə 6 885 286 test icra olunub.


Geri dön