Ana Sayfa > Xəbər > Ərdoğan Türkiyənin Aİ-yə üzvlük prosesindən danışıb
Ərdoğan Türkiyənin Aİ-yə üzvlük prosesindən danışıb9-05-2022, 12:42. Yazar: admin |
“Təməl dəyərlərindən uzaqlaşan və üzv dövlətlərin qısamüddətli siyasətlərinin təsiri altına düşən Avropa İttifaqının Ukrayna müharibəsi ilə özünə yeni bir hekayə yazmasının vaxtı çatıb”. APA-nın İstanbul müxbiri xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “9 May - Avropa günü” münasibətilə deyib. O qeyd edib ki, maneələrə baxmayaraq, Türkiyənin səbr və qətiyyətlə davam etdirdiyi Aİ-yə tam üzvlük prosesi konstruktiv bir yanaşma ilə təşviq edilməlidir: “Türkiyə-Avropa İttifaqı əlaqələrinin hər sahədə inkişafı iki tərəfin də marağındadır”. Geri dön |