Ana Sayfa > Xəbər > Ukraynadan daha 9 azərbaycanlı Vətənə təxliyə olunub
Ukraynadan daha 9 azərbaycanlı Vətənə təxliyə olunub6-05-2022, 18:53. Yazar: admin |
Ukraynada çətin vəziyyətdə qalan soydaşlarımız vətənə gətirilib. Diasporla İş üzrə Dövlət Komitəsindən Musavat.com-a bildirilib ki, Ukraynada yaranmış vəziyyətlə əlaqədar olaraq ölkəni tərk etmək məcburiyyətində qalan 9 nəfər soydaşımız Xerson vilayətindən Rusiya paytaxtına gətirilib, oradan isə Azərbaycan təxliyə olunublar. Təxliyə edilənlərdən 2-si Ukrayna, 7-si Azərbaycan vətəndaşıdır. Onlar Moskvadan Bakıya təyyarə reysi ilə yola salınıb. Soydaşlarımızın müharibə və humanitar böhran bölgəsindən çıxarılması və ölkəmizə gətirilməsi Azərbaycan dövlətinin hesabına həyata keçirilib. Geri dön |