Ana Sayfa > Xəbər > İrəvanda Hökumət Evi qarşısında oturaq aksiya keçirilir
İrəvanda Hökumət Evi qarşısında oturaq aksiya keçirilir14-05-2015, 17:53. Yazar: admin |
“Nairit” kimya zavodunun keçmiş işçiləri İrəvanda Hökumət Evinin qarşısında etiraz aksiyası keçirirlər. Onlar əməkhaqlarının ödənilməsi tələbiylə ikigünlük oturaq aksiyaya başlayıblar. APA-nın Ermənistanın news.am saytına istinadən verdiyi xəbərə görə, aksiyaçılar növbəlilik prinsipi ilə gecəni də Hökumət Evinin qarşısında keçirəcəklər. "Nairit" kimya zavodunun keçmiş işçisi Tiqran Tadevosyan deyib ki, ikigünlük aksiyadan sonra da tələbləri yerinə yetirilməsə, oturaq aksiyalar davam edəcək. Xatırladaq ki, zavodun rəhbərliyi bir ildən çoxdur, işçilərin maaşını ödəmir. İşçilər bundan əvvəl üç dəfə Prezident Administrasiyasının qarşısında etiraz aksiyaları keçiriblər. Geri dön |