Ana Sayfa > Xəbər > Ermənistan müxalifəti sabah həlledici mitinqə hazırlaşır

Ermənistan müxalifəti sabah həlledici mitinqə hazırlaşır


30-04-2022, 12:40. Yazar: admin


Ermənistanda mayın 1-də ümummilli mitinq təyin olunub.

APA “news.am” saytına istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamentinin vitse-spikeri, Daşnaksutyun Partiyası Ali Şurasının üzvü İşxan Saqatelyan bildirib.

O, hər kəsi mayın 1-i yerli vaxtla saat 16.00-da paytaxt İrəvanın “Fransa” meydanına mitinqə çağırıb.

İşğan Saqatelyan sabah keçiriləcək mitinqlə mübarizənin həlledici mərhələsinə start veriləcəyini vurğulayıb.
Geri dön