Ana Sayfa > Xəbər > "Ailəsində sözü keçməyəni ekspert qismində dəvət edə bilmərəm"

"Ailəsində sözü keçməyəni ekspert qismində dəvət edə bilmərəm"


14-05-2015, 17:47. Yazar: admin
"Ailəsində sözü keçməyəni ekspert qismində dəvət edə bilmərəm"
"Sevgi başqa şeydir, ailə başqa. İnsan sevəndə dünya gözünə fərqli görünür". ANS TV-də yayımlanan "Sən tək deyilsən" verilişinin aparıcısı Xoşqədəm Hidayətqızı bugünkü verilişdə maraqlı açıqlamalar verib.

ANS PRESS-in məlumatına görə, tanınmış telejurnalist ekspertləri təqdim edərkən belə deyib:

"Amma ailənin öz qanunları var. Ailə kiçik dövlətdir. Onu idarə etməyi bacarmayan heç kimə məsləhət verə bilməz.

Ailəsində, elində - obasında sözü keçməyənləri verilişimə ekspert qismində dəvət edə bilmərəm. Elə olmasa, sabah mənə irad tutarlar. Məndən soruşarlar ki, o kimdir axı xalqa məsləhət versin? Hörməti olmayan şəxsi verilişimdə eksper kimi oturdub özümü hörmətsiz etmərəm!".

Geri dön