Ana Sayfa > Xəbər > “Azadlıq”ın jurnalisti Ukraynada RAKET ZƏRBƏSİNDƏN ÖLDÜ
“Azadlıq”ın jurnalisti Ukraynada RAKET ZƏRBƏSİNDƏN ÖLDÜ29-04-2022, 16:06. Yazar: admin |
“Azadlıq” radiosunun jurnalisti Vera Qıriç Rusiya ordusunun Kiyevə etdiyi raket hücumu nəticəsində həlak olub. Lent.az xəbər verir ki, bu barədə Veranın həmkarı Aleksandr Demçenko “facebook” səhifəsində yazıb. Jurnalistin meyiti aprelin 29-da səhər saatlarında yaşadığı evin dağıntıları altından tapılıb. Demçenko “facebook” hesabında həmin raket zərbələrindən yararsız hala düşən maşının fotosunu da paylaşıb. Geri dön |