Ana Sayfa > Xəbər > “Ermənilər ən çox Naxçıvan cəbhəsindən ehtiyat edir” - Adil Əliyev

“Ermənilər ən çox Naxçıvan cəbhəsindən ehtiyat edir” - Adil Əliyev


14-05-2015, 16:58. Yazar: admin
“Ermənilər ən çox Naxçıvan cəbhəsindən ehtiyat edir” - Adil Əliyev
Millət vəkili Adil Əliyev Naxçıvdanda son vaxtlar aparılan abadlıq işlərindən danışıb. “Qafqazinfo” xəbər verir ki, millət vəkili Muxtar Respublikada yaradılan şəraitin valehedici olduğunu qeyd edib:

“Şəhər və rayonlar təmizliyi ilə seçilir və hətta kəndlərdə belə zibil qabları qoyulub. Vaxtı-vaxtında zibillər daşınır. Naxçıvanda böyük abadlıq işləri aparılıb, yolları yüksək standartlara cavab verir. Yeni-yeni müəssisələr açılır və bu isə insanların iş yerlərinin təmin olunmasına səbəb olur. Xüsusilə, qiymətlər tənzimlənir. Bu çox önəmli məsələdir. Əminliklə demək olar ki, blokada şəraitində olan bölgə inkişaf edir və insanlarımız arasında böyük ruh yüksəkliyi var.

Mənfur düşmənlərimiz Naxçıvana iddia irəli sürürlər ki, bu bölgə erməni torpağıdır. Amma son illər dünyanın nüfuzlu arxeoloqlarının Naxçıvanda apardığı tədqiqatlar bölgənin qədim Azərbaycan torpağı olduğunu təsdiqləyir və onların yerli arxeoloqlarla birgə çalışması ermənilərin yalanlarını alt-üst edir.

Məsələn, Nuh peyğəmbərinin məzarı, Tünc dövrünə aid maddi-mədəni tarixi abidələr, X əsrə aid Əlincə qalası, XII əsrin memarlıq incilərindən olan Mömünə xatun türbəsi, Yusif ibn Küseyir türbəsi, XIV əsrə aid koç abidələri və sair tarixi memarlıqlar Naxçıvanın ən qədim Azərbaycan diyarı olduğunu ortaya qoyur. Gələn qonaqlara Naxçıvanın tarixi haqqında geniş məlumatlar verilir. Təkcə, böyük tarixi olan Əshabi-kəhf ziyarətgahını minlərlə insan ziyarət edir.

Hazırda Ermənistanın ən çox ehtiyat etdiyi yerlərdən biri də Naxçıvan cəbhəsidir. Azərbaycan prezidenti İlham Əliyevin Naxçıvana son səfərində də yeni alınan ən müasir silahlarımız nümayiş olundu. Bu isə Naxçıvanda yerləşən hərbi hissələrimizin döyüşə hər an hazır olduğunu göstərir. Artıq bu faktı erməni rəsmiləri də dilə gətirirlər”.

Geri dön