Ana Sayfa > Xəbər > Azərbaycanda maska tələbi mayın 1-dən ləğv edilir

Azərbaycanda maska tələbi mayın 1-dən ləğv edilir


22-04-2022, 16:25. Yazar: admin
Azərbaycanda maska tələbi mayın 1-dən ləğv edilir

Azərbaycanda mayın 1-dən etibarən maska tələbi ləğv ediləcək.
Vertikal.az xəbər verir ki, bununla bağlı Nazirlər Kabineti müvafiq qərar verib.

Qərara əsasən, 2022-ci il mayın 1-dən etibarən xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və s.) istifadə tələbi ləğv edilir.

Eyni zamanda, Azərbaycan Respublikasının beynəlxalq hava limanı ərazisində və Azərbaycanda fəaliyyət göstərən təhsil müəssisələrində tibbi maskalardan istifadəsi artıq məcburi xarakter daşımır və yalnız tövsiyə edilir.
Geri dön