Ana Sayfa > Xəbər > Qarabağın taleyi Minskdə həll olunur

Qarabağın taleyi Minskdə həll olunur


13-03-2015, 13:05. Yazar: admin
Qarabağın taleyi Minskdə həll olunur
Belarus Dağlıq Qarabağ probleminin sülh yolu ilə həlli üzrə konfrans keçirməyə hazırdır.

ANS PRESS-in məlumatına görə, bunu ölkənin xarici işlər naziri Vladimir Makey ATƏT-in Minsk qrupu həmsədrləri Pyer Andrie, İqor Popov, Ceyms Uorlik və ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik ilə görüşdə bildirib.

O deyib ki, biz ATƏT-in qərarlarına uyğun şəkildə, münasib vaxtda Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dair müzakirələrin aparılması üçün konfransın təşkilinə hər zaman hazırıq: "Əgər, lazımdırsa, Belarus tərəfi "Böyük Sülh SaZİŞİ"NİN hazırlanması üzrə danışıqlar prosesinin yekun mərhələnin keçirilməsi üçün tərəfləri yerlə təmin edə bilər. Belarus ATƏT-in regional təhlükəsizliyin və sabitliyin gücləndirilməsinə, o cümlədən, Dağlıq Qarabağ münaqişəsi də daxil olmaqla mövcud olan və dondurulmuş münaqişələrin sülh yolu ilə həllinin tapılmasına yönəldilmiş səylərini qətiyyətlə dəstəkləyir."

Onun sözlərinə görə, Belarus münaqişənin həlli haqqında Minsk qrupu həmsədrlərinin arzusunu bölüşür. Xüsusilə onunla razıyıq ki, bu mərhələdə prioritet məsələ təmas xəttində gərginliyin azaldılmasına və insan ölümünə yol açan addımlardan uzaq durmaqdır.

V.Makey həmçinin vurğulayıb ki, Belarus Ermənistan və Azərbaycan prezidentlərinin arasında əlaqələrin intensivləşdirməsini alqışlayır: "Biz hər iki ölkə ilə sıx dostluq münasibətlərini saxlayırıq və bu, sülh prosesinin irəliləyişi üçün faydalı ola bilər."

XİN rəhbəri Ukrayna böhranının həllinə də töhfə verməyə hazır olduqlarını söyləyib.

Geri dön