Ana Sayfa > Xəbər > 30 ilə yaxın bir müddətdə kağız üzərində qalmış BMT-nin qərarlarını Azərbaycan xalqı güc vasitəsilə həll etdi

30 ilə yaxın bir müddətdə kağız üzərində qalmış BMT-nin qərarlarını Azərbaycan xalqı güc vasitəsilə həll etdi


15-04-2022, 13:57. Yazar: admin


Aprel ayının 12-də cənab prezident İlham Əliyevin sədrliyi ilə cari ilin birinci rübünün yekunlarına dair müşavirə keçirilmişdir. Müşavirədə dövlətimizin başçısı nitq söyləmiş, dövlət strukturlarına, xalqımıza və eləcə dünyanın bəzi maraqlı qüvvələrinə bu gün Azərbaycan reallığını bir daha çatdırmışdır.
Çıxışına ötən ilin dövlətimiz üçün nə qədər əlamətdar bir il olması ilə başlayan ölkə başçısı torpaqlarımızın işğaldan azad edilməsindən sonrakı dövrü bərpa və quruculuq sahəsində görülmüş işlərlə yadda qaldığını vurğulamışdır. İstər daxili, istərsə də xarici siyasətin uğurla davam etdiyini dilə gətirən cənab Prezident bu gün beynəlxalq təşkilatların Azərbaycan reallığını qəbul etdiyini söylədi. Bəli, doğrudan da bu belədir. Vaxtilə qərarları 30 ilə yaxın kağız üzərində qalan BMT Azərbaycan dövləti və xalqının birliyi sayəsində öz hüquqlarını bərpa etdiyini gördükdən sonra artıq həqiqətləri qəbul etdi. Belə ki, BMT-nin xətti ilə Şuşa şəhərində beynəlxalq tədbir keçirildi. Bu bir daha dünyaya sübut etdi ki, BMT Azərbaycanın ərazi bütövlüyünü tam tanıyan qurumdur. Bundan başqa Qoşulmama Hərəkatının müharibədən öncə, müharibə dövrü və müharibədən sonrakı dövrdə ölkəmizə göstərdiyi dəstək danılmazdır. İslam Əməkdaşlıq Təşkilatının nümayəndələri Azərbaycanın dini-tarixi abidələrinə qarşı törədilmiş vandallığı pisləməsi, qərarlar və qətnamələr qəbul etməsi Azərbaycanın beynəlxalq aləmdə real vəziyyətini ortaya qoyan faktlardandır.
Bundan başqa ölkə başçısı dövlətimizin daxili gücündən, ordu quruculuğu məsələlərindən danışarkən qeyd etdi ki, 44 günlük müharibə dərindən təhlil edilmiş və Müdafiə Nazirliyinin strukturunda islahatlar aparılmış, yeni qoşun növü- Komando qoşun növü yaradılmışdır.
Sevindirici haldır ki, İkinci Qarabağ müharibəsi dövründə xüsusi qəhrəmanlıq göstərmiş Xüsusi Təyinatlı Qüvvələrin şəxsi heyəti artırılmışdır.
Prezident İlham Əliyevin müşavirədə söylədiyi qətiyyətli fikirlərdən biri də bölgə də sülhün bərqərar olması ilə bağlı olmuşdur. Hər kəs anlamalıdır ki, bölgədə süllhün bərqərar olmasını istəyiriksə Ermənistanın silahlanmasına son qoyulmalıdır.
Ölkəmizin iqtisadi göstəriciləri müsbət isiqamətdədir, xarici ticarət dövriyyəsi 60% -dən çox artıb. İşğaldan azad edilmiş ərazilərdə yenidənqurma işləri, yolların çəkilişi, elektrik stansiyaları, dəmiryol inşası və s. işlər davam etdirilir. Zəngəzur dəhlizi açılmalıdır, Zəngilan Beynəlxalq hava limanı bu il istifadəyə verilməlidir. Ağdam və Füzuli şəhərlərinin Baş planları təsqilənib və işlərə start verilib. Bütün bunlar onun deməyə əsas verir ki, cari ilin birinci rübü dövlətimiz üçün çox məhsuldar dövr olmuşdur.
Hər zaman xalqın mövqeyini ortaya qoyan cənab prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasəti sayəsində qarşıda duran vəzifələr yerinə yetiriləcək və ölkəmiz postmüharibə dövründə yüksələn xətlə inkişaf edəcəkdir.

Suraxanı rayonu, Dilavər Məmmədzadə adına
232 nömrəli tam orta məktəbin direktoru
Nisə Fərəcova

Geri dön