Ana Sayfa > Xəbər > Oktay Şirəliyevin oğluna sığorta şirkətində vəzifə verilib
Oktay Şirəliyevin oğluna sığorta şirkətində vəzifə verilib11-04-2022, 12:35. Yazar: admin |
“Azərsığorta” şirkətinin (Azərbaycan Dövlət Kommersiya şirkəti) rəhbərliyinə yeni təyinat olub. Vertikal.Aza “APA-Economics”ə istinadla xəbər verir ki, Murad Şirəliyev “Azərsığorta”nın İdarə Heyəti Sədrinin Müşaviri təyin edilib. O, “APA-Economics”ə açıqlamasında məlumatı təsdiqləyib. Qeyd edək ki, M.Şirəliyev keçmiş səhiyyə naziri Oktay Şirəliyevin oğludur. Xatırladaq ki, M.Şirəliyev 2000-2015-ci illərdə “Kapital Bank” ASC-nın İH-nin üzvü və sədr müavini, 2015-ci ildən 2018-ci ilə kimi isə “Azərbaycan Beynəlxalq Bankı” ASC-də İH sədrinin müavini vəzifəsində çalışıb. Geri dön |