Ana Sayfa > Xəbər > Yaxınları yanmış avtoservisin Abdulla Abdullayevə aidiyyatının olmadığını bildirirlər

Yaxınları yanmış avtoservisin Abdulla Abdullayevə aidiyyatının olmadığını bildirirlər


13-03-2015, 12:39. Yazar: admin
Yaxınları yanmış avtoservisin Abdulla Abdullayevə aidiyyatının olmadığını bildirirlər
Babək prospektində yerləşən və bu günlərdə yanğının baş verdiyi “Dədəmin” avtoservisinin hazırda mühakimə edilən iş adamı, AMAY şirkətinin qurucusu Abdulla Abdullayevə heç bir aidiyyatı yoxdur. Bunu A.Abdullayevin yaxını bəzi İnternet saytlarda avtoservisin A.Abdullayevə aid olması barədə məlumatlarla bağlı bildirib.

Açıqlama verən şəxs bu obyektin nəinki A.Abdullayevə, heç A.Abdullayevin yaxın və ya uzaq qohumlarına da hər hansı şəkildə aid olmadığını söyləyib. Onun fikrincə, bu informasiya ya qərəzin, ya da yanlışlığın nəticəsidir.-

Geri dön