Ana Sayfa > Xəbər > Əfsanəvi partizan Mixaylo bu ölkədə qəhrəmanlıq simvoludur
Əfsanəvi partizan Mixaylo bu ölkədə qəhrəmanlıq simvoludur14-05-2015, 10:18. Yazar: admin |
Azərbaycanın Sloveniyadakı diplomatik nümayəndəliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, İkinci Dünya müharibəsinin başa çatması və Sloveniyanın alman faşizmindən azad edilməsinin 70 illik yubileyi münasibətilə Azərbaycanın Sloveniyadakı diplomatik nümayəndəliyi tərəfindən silsilə tədbirlər keçirilib. Sloveniyanın Şempas qəsəbəsində Sovet İttifaqı Qəhrəmanı, Azərbaycan xalqının qəhrəman oğlu Mehdi Hüseynzadə - Mixaylo haqqında bu ölkəyə gələn turistlər üçün üç dildə geniş məlumat lövhəsinin açılışı olub. Tədbirdə iştirak edən Azərbaycanın Avstriya, Slovakiya və Sloveniyadakı səfiri Qalib İsrafilov, Oğuz şəhər İcra hakimiyyətinin başçısı Eyvaz Qurbanov , Milli Məclisin deputatı Rauf Əliyev, Sloveniya Azərbayacan Parlamentlərarası Əlaqələr üzrə işçi qrupunun sədri Miryan Klanşeck və Sloveniya parlamentinin sosial məsələr komitəsinin sədri Tomaş Xorvat, Nova Qoriça şəhərinin meri Matey Arçon, Sloveniyada akkreditə olmuş diplomatik korpusların rəhbərləri, Sloveniya ictimaiyyətinin tanınmış şəxsləri və keçmiş partızanlar öncə Mehdi Hüseynzadənin abidəsini ziyarət edərək əfsanəvi qəhrəmanın qəbrüstü memarial kompleksinin üzərinə əklil və tər çiçəklər qoyublar. Qəhrəman Azərbaycan öğlunun xatirəsinə dərin hörmət və ehtiramlarını bildirərək Mehdi Hüseynazadə haqqında informasiyanı özündə əks etdirən məlumat lövhəsinin açılışı olub. Tədbir iştirkaçıları sonra Mehdi Hüseynzadənin adını daşıyan muzeylə tanış olublar. Azərbaycanın Sloveniyadakı diplomatik nümayəndıliyinin rəhbəri Azər Xudeyev qəhrəmana məxsus şəxsi əşyalarından ibarət yeni eksponatları muzey rəhbərliyinə təqdim edib . Növbəti tədbir Sloveniya xalqı üçün müqəddəs simvol yeri olan Novo Qoriça şəhərinin Ternovo memorial abidə parkında baş tutub. Tədbir iştirkaçıları öncə Azərbaycan Müdafiə Nazirliyinin dəstəyi ilə İkinci Dünya Müharibəsi zamanı Yuqoslaviya Azadlıq Hərəkatı tərkibində döyüşərək qəhrəmancasına həlak olmuş azərbaycanlı zabit və əsgərlərin əziz xatirələrinə inşa olunmuş abidənin açılışında iştirak ediblər. Tədbirdə səfir Qalib İsrafilov və Nova Qorica şəhərinin meri çıxış edərək İkinci Dünya Müharibəsi zamanı Azərbaycanın on minlərlə oğul və qızlarının alman faşizminə qarşı döyüşərək, əsl qəhrəmanlıq nümunəsi göstərdiklərini bildiriblər. Bu baxımdan keçmiş Yuqoslaviyanın azadlığı uğrunda canını fəda etmiş əfsanəvi partizan və Sovet İttifaqı qəhramanı Mehdi Hüseynzadənın keçdiyi rəşadərtli döyüş yolu haqqında ətraflı məlumat veriblər. Sonra Nova Qoriça şəhərində yerləşən Perla hotelində Sloveniyadakı dplomatik nümayəndəliyimizin təşkilatçılığı ilə anım mərasimi keçirilib. Mərasimdə çıxış edən Sloveniyanın rəsmi nümayəndələri, Oğuz şəhər İcra hakimiyyətinin başçısı Eyvaz Qurbanov, Milli Məclisin deputatı Rauf Əliyev, Azərbaycanın Avstriyadakı hərbi attaşesi Sloveniyanın azadləğı uğrunda canlarından keçən azərbaycanlı döyüşçülərin indiki və gələcək nəsillərə örnək göstərildiyini vurğulayıblar. Tədbirdə Azərbaycan səfirliyinə müharibə veteranlarına göstərdiyi dəstəyə və xidmətlərə görə Sloveniya Veteranlar Birliyi tərəfindən medal və təşəkkürnamə təqdim olunub. Sonra qonaqlara Azərbaycan klassik musiqi əsərlərindən ibarət konsert proqramı təqdim edilib və rejissor Tahir Əliyevin lentə aldığı qısametrajlı “IX Batalyon” filmi nümayiş olunub. Geri dön |