Ana Sayfa > Xəbər > Nazir: “Ümid edirik ki, təqdim etdiyimiz yeni sənədi qəbul etmək Ermənistan üçün asan olacaq”

Nazir: “Ümid edirik ki, təqdim etdiyimiz yeni sənədi qəbul etmək Ermənistan üçün asan olacaq”


12-03-2022, 12:03. Yazar: admin
Nazir: “Ümid edirik ki, təqdim etdiyimiz yeni sənədi qəbul etmək Ermənistan üçün asan olacaq”

"Dağlıq Qarabağ ən uzun müddətli münaqişələrdən biri olub".

APA xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumunda panel müzakirələrdə deyib.

Onun sözlərinə görə, 30 ilə yaxın müddətdə aparılan danışıqlar heç bir nəticə verməyib.

Nazir diqqətə çatdırıb ki, Azərbaycan Ordusu 44 günlük müharibə nəticəsində torpaqları işğaldan azad edib.

Ceyhun Bayramov Azərbaycanla Ermənistanın münasibətlərinin normallaşmasının zəruriliyini vurğulayıb.

"Baxın, bizim qonşu Gürcüstanla yaxşı və strateji münasibətlərimiz var. Azərbaycan Prezidenti dəfələrlə bəyan edib ki, Ermənistanla sülh müqaviləsi üzərində çalışmağa hazırıq. Biz daha sadələşdirilmiş baza sənədi imzalamaq üçün təklifler irəli sürdük. Biz ümid edirik ki, Ermənistan üçün qəbul etmək daha asan olacaq və bu normallaşma mövzusunda əhəmiyyətli addım olacaq".

XİN başçısı qeyd edib ki, Azərbaycan kommunikasiyaların açılmasını da təklif edib.


Geri dön