Ana Sayfa > Xəbər > Prezident Goranboyda yol tikintisinə 3,6 milyon manat ayırıb - SƏRƏNCAM

Prezident Goranboyda yol tikintisinə 3,6 milyon manat ayırıb - SƏRƏNCAM


28-02-2022, 13:52. Yazar: admin
Prezident Goranboyda yol tikintisinə 3,6 milyon manat ayırıb - SƏRƏNCAM

Prezident İlham Əliyev Goranboy rayonunun Dəliməmmədli-Düzqışlaq-Bağçakürd-Dəyirmanlar-Azad-Nizami avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb

Sərəncamla 0n dörd min nəfər əhalinin yaşadığı 6 yaşayış məntəqəsini birləşdirən Dəliməmmədli-Düzqışlaq-Bağçakürd-Dəyirmanlar-Azad-Nizami avtomobil yolunun tikintisinin başa çatdırılması məqsədilə “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.26.11-ci yarımbəndinə uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 3,6 milyon manat ayırıb.
Geri dön