Ana Sayfa > Xəbər > Ukraynadakı vəziyyətlə əlaqədar Azərbaycan vətəndaşları Polşa ərazisinə keçə bilər
Ukraynadakı vəziyyətlə əlaqədar Azərbaycan vətəndaşları Polşa ərazisinə keçə bilər27-02-2022, 11:08. Yazar: admin |
“Ukraynadakı vəziyyətlə əlaqədar Azərbaycan Respublikasının vətəndaşları Polşa ərazisinə keçə bilər”. Azərbaycanın Polşadakı səfiri Nərgiz Qurbanova APA-ya açıqlamasında bildirib ki, Azərbaycan vətəndaşları Polşa ərazisində 15 gündən artıq qala bilməz. “Ehtiyacı olan və qalmaq problemi olan şəxslər üçün keçid məntəqələrinin yaxınlığında qəbul yerləri təşkil edilib”,- deyə Nərgiz Qurbanova bildirib. Keçid məntəqələri və qəbul yerləri aşağıdakılardır: Dorohusk - Jagodzin Suchodolski Palace Communal Culture and Tourism Center, ul. Parkowa 5, 22-175 Dorohusk Dolhobyczów - Uhrynów Border Culture and Recreation Center, ul. Spółdzielcza 8, 22-540 Dołhobyczów ● Zosin - Ustyluh School Complex in Horodło, ul. Piłsudskiego 58, 22-523 Horodło. Hrebenne - Rawa Ruska Primary School in Lubycza Królewska ( back of the sports hall ), ul. Jana III Sobieskiego 5, 22-680 Lubycza Królewska ● Korczowa - Krakowiec Common room, Korczowa 155, 37-552 Korczowa Medyka - Szeginie Sports Centre - Medyka 285, 37-732 Medyka Budomierz - Hruszew Primary School in Krowica Sama 183, 37-625 Krowica Sama. Krościenko - Smolnica Former Primary School in Łodyna, Łodyna 41, 38-700 Ustrzyki Dolne. Keçid zamanı vətəndaşlarımız etibarlılıq müddəti, qüvvədə olan pasport yaxud qayıdış şəhadətnaməsini təqdim etməlidir. COVID sertifikatı və viza tələb olunmur. Əlavə sualların yaranacağı təqdirdə səfirliyin qaynar telefon xətti: +48 576 900 183 Səfirliyin konsulluq şöbəsinin telefon nömrəsi : +48 22 718 30 70 Səfirliyin konsulluq şöbəsinin e - poçt ünvanı: [email protected] Ukrayna ilə Polşa arasında sərhəd - keçid məntəqələri fasiləsiz çalışır. Vətəndaşların qəbulu ile bağlı Polşa hökumətinin +48 47 721 75 75 qaynar xətti fəaliyyət göstərir. Vəziyyətin inkişafından asılı olaraq əlavə məlumat təqdim olunacaq. Geri dön |