Ana Sayfa > Xəbər > Hüsnü Mübarək azadlığa buraxıldı
Hüsnü Mübarək azadlığa buraxıldı13-05-2015, 17:49. Yazar: admin |
Misirin keçmiş prezidenti Hüsnü Mübarək azadlığa buraxılıb. "Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Misir Penitensiar Xidmətinin rəisi Həsən Suxaqi bildirib: "Baş prokuror keçmiş prezidentin cəza müddətinin başa çatması ilə bağlı bizi məlumatlandırdı. Onun azadlığa çıxamsına səbəb istintaq altında saxlanıldığı vaxtın cəza müddəti kimi hesablanmasıdır". Qeyd edək ki, mayın 9-da Misir məhkəməsi ölkənin keçmiş prezidenti Hüsnü Mübarəkin və iki oğlunun korrupsiya ittihamı ilə bağlı işinə yenidən baxaraq, onların 3 il müddətinə azadlıqdan məhrum edilməsi haqda qərar çıxarmışdı. İstintaq materiallarına əsasən, onlar prezident sarayının təmirinə ayrılmış 18 milyon dollara yaxın dövlət əmlakını mənimsəməkdə ittiham olunmuşdu. Geri dön |