Ana Sayfa > Xəbər > Azərbaycanın Xalq artisti vəfat etdi

Azərbaycanın Xalq artisti vəfat etdi


23-02-2022, 10:59. Yazar: admin
Azərbaycanın Xalq artisti vəfat etdi

Azərbaycan Xalq artisti, qoboyçusu, bəstəkarı və pedaqoqu Kamil Cəlilov dünyasını dəyişib.

Bu barədə Oxu.Az-a Xalq artistinin yaxınları məlumat verib.

Bildirilib ki, 84 yaşında vəfat edən musiqiçi bu gün torpağa tapşırılacaq.

Qeyd edək ki, 1938-ci il yanvarın 29-da Buzovnada anadan olan K.Cəlilov qoboy alətini muğam janrına gətirən ilk ifaçıdır. Bəstəkar Fikrət Əmirovun qoboy və fortepiano üçün “Altı pyes”inin ilk ifaçısıdır. 1990-cı ildə Kamil Cəlilovun ifa etdiyi “Zəminxarə” muğamı Qara Yanvar hadisələri ilə sıx əlaqələndirilir.

Ailəli idi, 3 qızı var.
Geri dön