Ana Sayfa > Xəbər > AMEA prezidenti vəzifəsinin icrası Arif Həşimova həvalə olunub
AMEA prezidenti vəzifəsinin icrası Arif Həşimova həvalə olunub19-02-2022, 12:36. Yazar: admin |
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti vəzifəsini icra edən müəyyənləşib. APA xəbər verir ki, bu barədə AMEA-nın Ümumi yığıncağında qərar qəbul olunub. Qərara əsasən, AMEA-nın prezidenti vəzifəsinin icrası müvəqqəti olaraq Akademiyanın birinci vitse-prezidenti Arif Həşimova həvalə olunub. Akademiyanın yeni prezident növbəti Ümumi yığıncaqda seçiləcək. Ümumi yığıncağın bu ilin aprel ayında keçirilməsi gözlənilir. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Ümumi yığıncağı keçirilir. APA xəbər verir ki, Ümumi yığıncaqda AMEA Prezidenti Ramiz Mehdiyevin vəzifəsindən istefa verməsi ilə bağlı ərizəsi və AMEA Prezidentinin səlahiyyətlərinin Birinci vitse-prezident Arif Həşimova həvalə olunması məsələləri müzakirə olunur. Geri dön |