Ana Sayfa > Xəbər > “Azərbaycan Nəşriyyatı” MMC olaraq dövlət qeydiyyatına alınıb - 4 milyon kapitalla...
“Azərbaycan Nəşriyyatı” MMC olaraq dövlət qeydiyyatına alınıb - 4 milyon kapitalla...11-02-2022, 09:30. Yazar: admin |
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Prezidentin İşlər İdarəsinin tabeliyində olan “Azərbaycan Nəşriyyatı” MMC-ni dövlət qeydiyyatına alıb. DİA.AZ “Report”a istinadla xəbər verir ki, yeni kommersiya qurumu nəşriyyatın yerləşdiyi Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə ünvanında qeydiyyatdan keçib. Onun nizamnamə kapitalı 4 078 550 manat, qanuni təmsilçisi isə gözlənildiyi kimi Leyla Ağa Əli qızı Güləliyevadır. Xatırladaq ki, Nazirlər Kabineti bu il yanvarın 15-də “Vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” 11 oktyabr 2018-ci il tarixli qərarında dəyişiklik edib. Bununla bağlı Baş Nazir Əli Əsədovun imzaladığı qərara əsasən, “Azərbaycan” Nəşriyyatının təşkilati-hüquqi forması dəyişdirilib, nəşriyyat kommersiya qurumuna çevrilib. Geri dön |