Ana Sayfa > Xəbər > “Sanksiyalar Ukraynanın şərqində sülhün təmin edilməsi üçün qüvvədə qalmalıdır”
“Sanksiyalar Ukraynanın şərqində sülhün təmin edilməsi üçün qüvvədə qalmalıdır”13-05-2015, 15:34. Yazar: admin |
“Rusiyaya qarşı sanksiyalar Ukraynanın şərqində sülhün təmin edilməsi üçün qüvvədə qalmalıdır”. APA-nın “Europe Online” nəşrinə istinadən verdiyi məlumata görə, bunu Antalyada NATO dövlətlərinin xarici işlər nazirlərinin toplantısında ABŞ dövlət katibi Con Kerri deyib. “NATO-nun bütün üzvlərinin yekdil rəyin ondan ibarətdir ki, addımların atılması üçün kritik zaman yetişib. Rusiya və separatçılar Minsk anlaşmalarına riayət etməlidirlər. Ukraynadakı münaqişənin həllinə kömək edə biləcək an yetişib”, - deyə o vurğulayıb. Geri dön |