Ana Sayfa > Xəbər > Ermənidən Bakı sərsəmləməsi
Ermənidən Bakı sərsəmləməsi13-03-2015, 11:43. Yazar: admin |
Boks üzrə Ermənistan yığmasının baş məşqçisi David Torosyan yenidən erməni idmançıların Bakı səfərindən danışıb. ANS PRESS-in məlumatına görə, baş məşqçi yetirmələrinin Avropa Oyunlarında iştirak etməyəcəyini bir daha bildirərək bu dəfə bir qədər də irəli gedib. "Əgər hər hansı azərbaycanlı Bakıda ermənilərə atəş açarsa bunun məsuliyyəti kimin üzərinə düşəcək? Azərbaycanda bizim təhlükəsizliyimizə təmas xəttində erməni əsgərlərinin öldürüldüyü bir vaxtda kim təminat verə bilər?", - deyə baş məşqçi bildirib. Erməni məşqçinin bu sözləri yumşaq desək heyrət doğurur. Görünür David Torosyan əvvəllər erməni idmançıların Bakıda müxtəlif idman tədbirlərinə qatılaraq sağ-salamat, burunları qanamadan evlərinə dünməsini xatırlamır. Ya nədənsə xatırlamaq istəmir. Erməni əsgərlərin məhz işğal etdikləri Azərbaycan torpaqlarında öldürülmələrini isə baş məşqçi qəbul etmək istəmir. Geri dön |