Ana Sayfa > Xəbər > Sərdar Cəlaloğlu: `Müxalifət iqtidara diqtə etməməlidir`
Sərdar Cəlaloğlu: `Müxalifət iqtidara diqtə etməməlidir`13-05-2015, 14:40. Yazar: admin |
“Əgər Prezident Administrasiyası müxalifətə Avropa Oyunlarının müzakirəsini təklif edirsə, bu məsələni müzakirə etmək olar. Burada ancaq bizim dediyimiz olmamalıdır ki?” Bu fikirləri Azvision.az-a açıqlamasında Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu deyib. Müxalifət-iqtidar dialoqundan söz açan partiya sədri görüşdə iştirak edəcəyini bildirib. S.Cəlaloğlu əlavə edib ki, dialoq tərəfləri bir-birinə diqtə etməməlidir: “Siyasi dialoq tərəflərin bir-birinə diktəsi əsasında işləyən mexanizm deyil. Hökumətin də, bizim də təklif etdiyimiz məsələlər müzakirə edilməlidir. Ancaq bu halda görüş müvəffəqiyyət qazana bilər. Bu baxımdan müxalifət iqtidara diqtə etməməlidir”-deyə ADP sədri qeyd edib. Qeyd edək ki, iqtidar-müxalifət dialoqu mayın 15-də keçiriləcək. Geri dön |