Ana Sayfa > Xəbər > Tahir Budaqov: “Yaxın dövrdə yeni yaradılan iqtisadi rayonların güclü inkişafının şahidi olacağıq”
Tahir Budaqov: “Yaxın dövrdə yeni yaradılan iqtisadi rayonların güclü inkişafının şahidi olacağıq”25-01-2022, 11:20. Yazar: admin |
“Artıq işğaldan azad edilmiş ərazilərimizdə yeni idarəetmə institutunun yaradılması ilə bağlı mühüm addımlar atılır”. APA-nın məlumatına görə, bunu YAP sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov Yeni Azərbaycan Partiyası və Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsi tərəfindən “Qarabağın və Şərqi Zəngəzurun iqtisadi inkişafında qadın sahibkarlığının rolu” mövzusunda konfransda deyib. Mərkəzi Aparatın rəhbəri bildirib ki, müdrik siyasət nəticəsində Azərbaycanın iqtisadi rolu güclənib, xarici təsirlərə davamlı olması üçün möhkəm zəmin yaranıb: “Əldə edilmiş qələbə qarşıdakı illərdə davamlı islahatlarla yeni imkanlara çevriləcək. Ərazi bütövlüyümüzün təmini gələcəkdə Azərbaycanın sürətlə inkişaf edəcəyi dönəmə qədəm qoymasına səbəb olacaq. İqtisadi rayonların yeni bölgüsünün təsdiqlənməsi bütövlükdə Azərbaycan ərazisi boyunca iqtisadi fəallığın artmasına, yaşayış şəraitinin daha da yaxşılaşmasına səbəb olacaq”. T.Budaqov vurğulayıb ki, yeni iqtisadi rayonların formalaşması Vətən müharibəsindən sonra formalaşan obyektiv reallıqları özündə əks etdirir: “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonların yaradılması dünya səviyyəsində də Azərbaycanın strateji rolunu birə-beş artırır. Yaxın dövrdə biz qürurla Azərbaycanın yeni yaradılan iqtisadi rayonların güclü inkişafının şahidi olacağıq. İşğaldan azad edilmiş ərazilərin yenidən bərpası bu bölgəni təkcə ölkəmizdə yox, dünyada sürətlə inkişaf edən diyara çevirəcək. Yaxın zamanlarda Qarabağa Böyük Qayıdışa başlanılacaq. Bu müasir Azərbaycan tarixinin ən mühüm hadisəsidir”. Geri dön |