Ana Sayfa > Xəbər > “İsa Qəmbər Vurğun Əyyubla bir yerdə ola bilmirsə...”

“İsa Qəmbər Vurğun Əyyubla bir yerdə ola bilmirsə...”


13-05-2015, 12:45. Yazar: admin
“İsa Qəmbər Vurğun Əyyubla bir yerdə ola bilmirsə...”
“Müsavat Partiyası daxilində baş verənlər bu partiyanın tənəzzülə uğradığını göstərir”.

Bu sözləri Editor.az-a açıqlamasında Milli Konqress Partiyasının sədri, Müsavat Partiyasının bərpasında xidmətləri olmuş İxtiyar Şirin söyləyib.

Onun sözlərinə görə, Vurğun Əyyub və Qubad İbadoğlu cəmiyyətdə tanınmış adamlardır:

“Bu iki şəxsin, nəzərə alanda ki, onlardan biri başqanlığa real iddiaçı olub, partiyadan çıxarılması Müsavata başucağlı gətirməyəcək. Yəqin ki, Müsavatın hazırki rəhbərliyi bu yolla özünü gözləyən mümkün təhlükələrdən xilas olmağa çalışır. Müsavat Partiyasından kütləvi istefalar hazırki rəhbərliyin marağındadır. Heç şübhəsiz onlar buna mane olmayacaqlar. Görünən odur ki, Vurğun Əyyub və Qubad İbadoğlunun partiyadan çıxarılması İsa Qəmbərin sifarişi ilə baş tutub. İsa Qəmbər Vurğun Əyyubla bir yerdə ola bilmirsə, bu o demək deyil ki, o, partiyadan çıxarılmalı idi. Təəssüf ki, demokratiyadan, insan haqlarının qorunmasından danışan insanların özləri açıq şəkildə avtoritarizmlə məşğuldur. Müsavat Partiyasının onsuz da cəmiyyətdə nüfuzu yox səviyyəsində idi. Son hadisələr bu partiyanı daha zəif duruma salacaq və cəmiyyətdə bu partiyaya heç bir etimad qalmayacaq”.

Geri dön