Ana Sayfa > Xəbər > “Avropanın Azərbaycana qarşı qərəzli mövqeyi parlamentdə müzakirə olunacaq”
“Avropanın Azərbaycana qarşı qərəzli mövqeyi parlamentdə müzakirə olunacaq”13-05-2015, 12:42. Yazar: admin |
Avropalıların son zamanlar Azərbaycana qarşı qərəzli mövqeyi ilə bağlı Milli Məclisdə dinləmələr keçirilməsi üçün təşəbbüs irəli sürülüb. Bu haqda Modern.az saytına Böyük İpək Yolu Beynəlxalq Gənclər İttifaqının sədri, deputat Fuad Muradov məlumat verib: “Bu məqsədlə mayın 13-də saat 15:00-da bir sıra qeyri hökumət təşkilatları, gənclər təşkilatları, eləcə də bir neçə deputatın təşəbbüsü ilə parlamentdə geniş müzakirələr olacaq”. Mayın 12-də Brüsseldə Avropa Birliyinin deputatları Azərbaycanı I Avropa Oyunları başlayana qədər siyasi dustaqları azad etməyə çağırıb. Avropa Parlamenti iyunda keçiriləcək sessiyasında Azərbaycanda insan haqlarının vəziyyəti ilə bağlı qətnaməni qəbul etməyə hazırlıqların getdiyi də məlumatlara arasındadır. Geri dön |