Ana Sayfa > Xəbər > İraqda şiə zəvvarlara qarşı silsiləvi terror aktları həyata keçirilib
İraqda şiə zəvvarlara qarşı silsiləvi terror aktları həyata keçirilib13-05-2015, 12:26. Yazar: admin |
FaktXəbər-in verdiyi məlumata görə, İraqın paytaxtı Bağdadda zəvvarlara qarşı törədilən terror aktları nəticəsində azı 15 nəfər həlak olub, 40 nəfər isə yaralanıb. Yerli polis bölməsindən verilən məlumata görə, hücumlarda əsas hədəf yeddinci imam Həzrət Musa-Kazimin (ə) məqbərəsinə ziyarətə getmək istəyən şiə zəvvarlar olub. Ən güclü partlayış paytaxtın mərkəzində baş verib. İntiharçı terrorist İmam Əli (ə) məscidindən qayıdandan sonra yemək alan zəvvarların yanında özünü partladıb. Nəticədə 10 nəfər həlak olub, 25 nəfər yaralanıb. Şəhərin şərqində iki zəvvar isə yola quraşdırılmış minaya düşərək həlak olublar. Terror nəticəsində 10 nəfər də yaralanıb. Daha bir partlayış Bağdadın şimalında olub. Əldəqayırma partlayıcı qurğunun işə ldüşməsi nəticəsində 3 nəfər həlak olub, 8 nəfər isə yaralanıb. Qeyd edək ki, sabah hicri-qəməri tarixi ilə rəcəb ayın 25-i müsəlmanların yeddinci imamı həzrət Musa-Kazimin(ə) şəhid edilən gününə təsadüf edir. Geri dön |