Ana Sayfa > Xəbər > Bu idmanı hər yaşda etmək olar
Bu idmanı hər yaşda etmək olar13-05-2015, 11:33. Yazar: admin |
Mütəxəssislər hansı yaşda olursuzsa olun templi gəzintinin ən yaxşı idman olduğunu bildirib. Xəstə, ya da sağlam şəxs olmasından asılı olmayaraq, sadəcə ürək deyil, bütün bədən sağlamlığı üçün hər gün yarım saat gəzintiyə çıxmaq lazımdır. Sağlam həyat naminə işə gedərkən, evə gələrkən bir dayanacaq əvvəldə düşə, lift yerinə pilləkənlərdən istifadə edə bilərsiz. İdmana başlayarkən həkimlə məsləhətləşmək vacibdir. Çünki uzun müddət fasilə verdikdən sonra birdən-birə idmana başlamaq ürəyi riskə ata bilər. 40 yaşını keçmiş insanlar futbolu gənclərin öhdəsinə buraxmalıdır. Ağırlıq çalışmaları da bu yaşlarda ürəyə ziyan edə bilər. Hər yaşın ən uyğun idmanı templi gəzintidir. Çox isti və çox soyuq havalarda ara verin. Ac ikən, ya da yeməkdən dərhal sonra gəzintiyə getməyin. Ən uyğun vaxt səhər yeməyindən 1 saat yarım sonradır. Templi gəzinti sayəsində ürək damarlarında qan yaxşı dövran edir, əzələlər güclənir, göbək əriyir, xolesterol düşür, kilo probleminin həlli asanlaşır və diabet xəstəliyinin qarşısı alınır. Geri dön |