Ana Sayfa > Xəbər > Paytaxtımız Avropa oyunları ərəfəsində...
Paytaxtımız Avropa oyunları ərəfəsində...13-05-2015, 11:02. Yazar: admin |
"Söz" Analitik Araşdırma Bürosu (SAAB) 1-ci Bakı Avropa Oyunları ərəfəsində paytaxtımızın küçə və parklarında, habelə xiyabanlarında mövcud durumu öyrənmək məqsədilə araşdırma-reportajlar hazırlayıb. SAAB-dan verilən məlumatda qeyd olunur ki, ilk olaraq elə Avropa Oyunlarının məşəlinin odunu aldığı "Atəşgah Məbədi" Dövlət Tarixi Memarlıq Qoruğunun hazırki vəziyyəti öyrənilib. Qeyd edək ki, tarixi baxımdan nadir abidələrdən biri hesab olunan "Atəşgah Məbədi" ölkəmizin turizm potensialının artırılmasında bir maraq kəsb edən ünvan kimi əhəmiyyətli mövqedə dayanır. Bakı turistləri qarşılaçağa hazırdır... Azərbaycanın maddi mədəniyyət abidələri sırasında XVII-XVIII əsrlərə aid atəşpərəst məbədinin qalıqları üzərində inşa olunmuş və hazırda YUNESKO-nun Dünya İrsinin İlkin siyahısına daxil edilmiş “Atəşgah məbədi” Dövlət tarix-memarlıq qoruğunun özünəməxsus yeri vardır. Qoruq Azərbaycan tarixinin öyrənilməsi ilə yanaşı, respublikamızda turizmin inkişaf etdirilməsi baxımından da böyük əhəmiyyət kəsb edir. SAAB-ın araşdırmaları və müşahidələri də təsdiqləyir ki, qoruq bu gün turstlər üçün kifayət qədər cəlbedici ünvandır. Bakı turistləri qarşılaçağa hazırdır... Qoruğun direktoru Rəşid Babai də açıqlamasında bildirdi ki, Bakıya Avropa Oyunları zamanı gələcək turistlər üçün ən əçlverişli yerlərdən biri elə "Atəşgah Məbədi" komöleksidir. Babainin sözlərinə görə, 2009-cu ildə prezident qoruğun abadlaşdırılması məqsədilə sərəncam imzalayıb və qoruq "Azimport" şirkəti tərəfindən indiki - gözəlləşmiş halına gətirilib. SAAB-dan həmçinin bildirilir ki, qoruğa hazırda da turstlər gəlir. Amma 1-ci Bakı Avropa Oyunları zamanı daha çox turistin gələcəyi nəzərə alındığından "Atəşgah Məbədi" ərazisində əlavə tədbirlər də görülməkdədir. SAAB-ın təqdim etdiyi fotolarla tanış olun... Geri dön |