Ana Sayfa > Xəbər > Dövlət Agentliyi Şamaxıda yolun vəziyyəti ilə bağlı açıqlama yayıb
Dövlət Agentliyi Şamaxıda yolun vəziyyəti ilə bağlı açıqlama yayıb13-01-2022, 14:33. Yazar: admin |
Şamaxı rayonunun Çuxuryurd-Sis-Qaleybuğurd-Keçmədin-Qaladərəsi kəndlərini birləşdirən avtomobil yolunda intensiv yağıntılardan sonra çiyin hissədə və bərkidici zolağın kiçik hissəsində yuyulma qeydə alınıb. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) “APA-Economics”ə verilən məlumata görə, yuyulma yol kənarında baş verdiyi üçün avtonəqliyyat vasitələrinin hərəkətinin fasiləsizliyi və təhlükəsizliyinə hər-hansı bir problem yaratmır. “Hazırda qeyd edilən ərazidə çiyin hissənin bərpası istiqamətində iş aparılır. Bərpa işinin yaxın saatlarda yekunlaşdırılması nəzərdə tutulub”, - agentlikdən bildirilib. Geri dön |