Ana Sayfa > Xəbər > Şoyqu KTMT kontingentinin vəziyyət sabitləşənə qədər Qazaxıstanda qalacağını bildirib

Şoyqu KTMT kontingentinin vəziyyət sabitləşənə qədər Qazaxıstanda qalacağını bildirib


11-01-2022, 13:15. Yazar: admin
Şoyqu KTMT kontingentinin vəziyyət sabitləşənə qədər Qazaxıstanda qalacağını bildirib

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Kollektiv Sülhməramlı Qüvvələri Qazaxıstandakı vəziyyət tam sabitləşdikdən sonra missiyasını başa vuracaq.

APA-nın Moskva müxbirinin xəbərinə görə, bunu Rusiyanın müdafiə naziri ordu generalı Sergey Şoyqu bildirib.

“Kollektiv Sülhməramlı Qüvvələr tərəfindən tapşırıqların icrası təbii ki, Qazaxıstan Respublikası rəhbərliyinin qərarı ilə ölkədə vəziyyət tamamilə sabitləşənə qədər həyata keçiriləcək” - Rusiya MN başçısı vurğulayıb.

Onun sözlərinə görə, hazırda KTMT sülhməramlı qüvvələri Qazaxıstan ərazisində mühüm hərbi, dövlət və sosial əhəmiyyətli obyektlərin mühafizəsi üzrə tapşırıqları yerinə yetirir.


Geri dön