Ana Sayfa > Xəbər > Xaricdən Azərbaycana orqan gətirilməsinə dair qayda hazırlanıb
Xaricdən Azərbaycana orqan gətirilməsinə dair qayda hazırlanıb28-12-2021, 19:07. Yazar: admin |
Orqan donorluğu və transplantasiyası üzrə etika komissiyasının təşkili, donorlar, resipiyentlər və donor orqanların vahid dövlət informasiya bazasının fəaliyyəti və transplantasiya məqsədilə donor orqanların idxalı və ixracına dair qayda ilə bağlı müvafiq sənədlər hazırlanaraq Nazirlər Kabinetinə təqdim edilib. Bunu APA-ya açıqlamasında səhiyyə nazirinin birinci müavini, səhiyyə naziri vəzifəsini müvəqqəti icra edən Teymur Musayev bildirib. T. Musayev deyib ki, Nazirlər Kabineti bu qaydaları qısa müddətdə təsdiqləyəcək. Qeyd edək ki, “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” qanun gələn il yanvarın 1-dən qüvvəyə minir. Geri dön |