Ana Sayfa > Xəbər > Aktrisanın 200 minlik libasları oğurlandı

Aktrisanın 200 minlik libasları oğurlandı


9-05-2015, 11:43. Yazar: admin
Aktrisanın 200 minlik libasları oğurlandı
Dünya ulduzu Demi Murun dizayn verdiyi libasları oğurlanıb.

Axşam.az-ın xarici mətbuata istinadən məlumatına görə, 52 yaşlı aktrisanın geyimlərinin dəyəri 200 min dollar olub. Şəxsi kolleksiyasını xüsusi yerdə saxlayan Demi uzun müddət onlara baxmağı unudub. Onun köməkçilərindən biri təsadüfən paltarların saxlanıldığı yerə baş çəkərkən kolleksiyanın böyük bir qisminin yoxa çıxdığını görüb.

Hazırda Demi Mur itən geyimlərinin siyahısını hazırlayır. Los-Anceles polisi isə axtarışlara başlayıb.

Geri dön