Ana Sayfa > Xəbər > Kliniki Tibbi Mərkəzdə yeni kadr təyinatı olub - ƏMR
Kliniki Tibbi Mərkəzdə yeni kadr təyinatı olub - ƏMR21-12-2021, 15:21. Yazar: admin |
Kliniki Tibbi Mərkəzdə yeni kadr təyinatı olub. Mərkəzdən verilən məlumata görə, Araz İbrahimov tibb qurumunun Urologiya şöbəsinin müdiri vəzifəsinə təyinat alıb. Qeyd edək ki, İbrahimov Araz Sabir oğlu 1988-ci il avqustun 16-da Zaqatala şəhərində anadan olub. 2005-2011-ci illərdə Azərbaycan Tibb Universitetinin (ATU) “Müalicə işi” fakültəsində oxuyub. 2011-2016-cı illərdə rezidentura təhsilini ATU-da davam etdirib. A.İbrahimov 2021-ci ildən başlayaraq isə doktorantura təhsilini almağa başlayıb. O, həkim-uroloq kimi 2011-2013-cü illərdə Respublika Klinik Xəstəxanasında, 2013-2016-cı illərdə ATU Tədris Cərrahiyə Klinikasında, eləcə də bir sıra özəl klinikalarda fəaliyyətini davam etdirib. İbrahimov eyni zamanda Səhiyyə Nazirliyinin mütəxəssisi olub. Geri dön |