Ana Sayfa > Xəbər > "Yeniləri çəkilsə də, yollarımız hələ ki, standartlara uyğun deyil" - FAKT BUDUR!

"Yeniləri çəkilsə də, yollarımız hələ ki, standartlara uyğun deyil" - FAKT BUDUR!


21-12-2021, 12:17. Yazar: admin
"Yeniləri çəkilsə də, yollarımız hələ ki, standartlara uyğun deyil" - FAKT BUDUR!

Bakı şəhəri ərazisində 2021-ci ilin 11 ayı üzrə paytaxt ərazisində 458 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Nəticədə 191 nəfər ölüb, 365 nəfər isə xəsarət alıb. Araşdırmalara görə, avtomobil qəzaları daha çox günün qaranlıq saatlarında gecə və səhər saatlarında baş verir.
DİA.AZ-ın məlumatına görə, nəqliyyat məsələləri üzrə ekspert Fazil Məmmədov Bizimyol.info saytına açıqlamasında bildirib ki, avtomobil qəzalarına səbəb yol hərəkəti qaydalarına əməl etməmək və avtomobillərə texniki qulluğun vaxtlı-vaxtında edilməməsidir.

“Sərxoş halda avtomobil idarə etmək, sürət həddini aşmaq və ötmə qayadalarını pozmaq avtomobil qəzalarında başlıca səbbədir. Avtomobillərdə olan mexaniki problemlər, yol hərəkəti işarələrinə fikir verməmək, sürücü səhvləri, pis hava və yol şəraiti də avtomobil qəzalarının səbəblərindəndir. Sürücülərdən qaynaqlanan səhvlərlə yanaşı, ölkəmizin yol çatışmazlıqları da qəzaların baş verməsinə səbəbdir. Son illərdə bu sahədə ciddi işlər görülsə də, yeni yollar çəkilsə də, yollarımız hələ ki, standartlara uyğun deyil. Avtomobil qəzalarının digər vacib səbəbi isə, qüsurlu avtomobillərdir. Yola çıxan köhnə və problemi olan avtomobillərin özləri elə qəzadır” - deyə ekspert bildirib. Onun sözlərinə görə, dünyada aparılan araşdırmalara görə, avtomobil qəzalarının 90 faizi sürücülərin səhvi üzündən baş verir. Bununla yanaşı diqqətsizlik, naşılıq, sərxoş halda avtomobil idarəetmə, yuxusuzluq, səbrsizlik, yüksək sürət kimi səbəblər də var. Bunların hamısı isə, yol hərəkəti qaydalarına əməl etməməyə daxildir. Baş verən qəzaların 10 faizi yol problemləri üzündən baş verir.

Avtomobil qəzalarının baş verməsi, hər il yüzlərlə insanın ölümünə, xəsarət almasına səbəb olur. Təsəvvür edin ki, bir qəza bir insanın ömrünün sonuna kimi əlil arabasına məhkum edə bilir. Buna görə də, hər kəs diqqətli olmalıdır. Avtomobil qəzalarının qarşısının alınması üçün aşağıdakı qaydalara mütləq əməl etmək lazımdır:

Sərxoş halda avtomobil idarə etməyin.
Təhlükəsizlik kəmərini mütləq taxın.
Yol hərəkəti qaydalarına, işarələrinə əməl edin.
Sürət həddini aşmayın.
Faraları düzgün nizamlayın.
Ara məsafə saxlayın.
Yolu keçərkən üst və alt keçidlərdən istifadə edin.
Tələsməyin. Tələsərək, gedəcəyiniz yerə uzağı 5-10 dəqiqə tez çata bilərsiniz. Tələsmək isə, ölüm deməkdir.
Avtomobildə yüksək səslə mahnı dinləməyin. Bu, hərəkət zamanı diqqətinizi dağıda biləcək vasitələrdəndir.
Piyada vəziyyətdə qulaqcıqlardan istifadə etməyin.
Avtomobil idarə edən zaman qərarsız qalmayın.
Sükan arxasında siqaret çəkməyin və ya yemək yeməyin.
Uzun yollarda avtomobil idarə edərkən fasilə ilə idarə edin.
Yuxunuz gəldiyi zaman avtomobili saxlayıb bir qədər hava alın.
Geri dön