Ana Sayfa > Xəbər > Gələn ilin qeyri-iş günləri açıqlanıb
Gələn ilin qeyri-iş günləri açıqlanıb18-12-2021, 04:29. Yazar: admin |
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 17 dekabr 2021-ci il tarixli Qərarı ilə 2022-ci il üçün iş vaxtı norması və istehsalat təqvimi təsdiq edilib. APA-nın xəbərinə görə, 2022-ci il üçün iş vaxtı normasında bildirilir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin “2022-ci il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında” 2021-ci il 1 dekabr tarixli 375 nömrəli Qərarına əsasən 2022-ci ildə aşağıdakı günlər iş günü hesab edilmir: 1, 2 yanvar – Yeni il bayramı; 20 yanvar – Ümumxalq Hüzn günü; 8 mart – Qadınlar günü; 20, 21, 22, 23, 24 mart – Novruz bayramı; 9 may – Faşizm üzərində Qələbə günü; 2, 3 may – Ramazan bayramı; 28 may – Müstəqillik Günü 15 iyun – Azərbaycan xalqının Milli Qurtuluş günü; 26 iyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri günü; 9, 10 iyul 8 noyabr – – Qurban bayramı; Zəfər Günü; 9 noyabr – Azərbaycan Respublikasının Dövlət Bayrağı günü 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi günü. 2022-ci ildə həftələrarası istirahət günlərinin iş günləri hesab olunmayan bayram günləri ilə üst-üstə düşməsi ilə əlaqədar olaraq beşgünlük iş həftəsində 3, 4 yanvar, 25 mart, 30 may, 27 iyun, 11, 12 iyul tarixləri, altıgünlük iş həftəsində 3 yanvar, 25 mart, 27 iyun, 11 iyul tarixləri istirahət günləridir. 2022-ci ilin fevral ayı 28 təqvim günündən, il isə 365 təqvim günündən ibarətdir. 2022-ci ildə beşgünlük iş həftəsində 241 iş günü (onlardan 7-si bayramqabağı və Ümumxalq Hüzn günü qabağı iş günləridir), iş günü hesab edilməyən 104 istirahət günü (onlardan 7-si iş günü hesab edilməyən bayram günləri ilə üst-üstə düşməsinə görə müəyyən edilən), iş günü hesab edilməyən 19 bayram (7-si istirahət günləri ilə üst-üstə düşən) və 1 Ümumxalq Hüzn günü vardır. Azərbaycanda gündəlik normal iş vaxtının müddəti 8 saatdan, gündəlik normal iş vaxtına uyğun olan həftəlik normal iş vaxtının müddəti 40 saatdan artıq ola bilməz. Bir qayda olaraq, iki istirahət günü olan beşgünlük iş həftəsi müəyyən edilir. 2022-ci ilin iş vaxtı norması 40 saatlıq beşgünlük iş həftəsi üzrə 8 saatlıq iş günü hesabından müəyyən edilir. 2022-ci il üçün 40 saatlıq iş həftəsində iş vaxtının illik norması 1921 saatdır. Altıgünlük iş həftəsi tətbiq edilərkən həftəlik norma 40 saat olduqda gündəlik iş vaxtının müddəti 7 saatdan və bilavasitə səhərisi gün istirahət günü olan iş gününün müddəti isə 6 saatdan çox ola bilməz. Altıgünlük iş həftəsi olan iş yerlərində 40 saatlıq iş həftəsində çalışan işçilər üçün 2022-ci ildə beşgünlük iş həftəsi üzrə hesablanmış 1921 saatlıq illik iş vaxtı norması tətbiq edilməlidir. 2022-ci il üçün iş vaxtı norması və istehsalat təqvimi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet saytında (https://www.sosial.gov.az/istehsalat-t%C9%99qvimi-2022) da yerləşdirilib. Geri dön |