Ana Sayfa > Xəbər > Ağdam xəstəxanasının direktoru işdən çıxarılıb
Ağdam xəstəxanasının direktoru işdən çıxarılıb17-12-2021, 14:31. Yazar: admin |
Ağdam Mərkəzi Rayon Xəstəxanası Publik hüquqi şəxsin direktoru işdən çıxarılıb. APA-nın Qarabağ bürosunun xəbərinə görə, baş həkim Elxan Sədrəddin oğlu Ələsgərov vəzifəsindən azad olunub. “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”ndən (TƏBİB) APA-ya bildirilib ki, Elxan Ələsgərovun direktor kimi fəaliyyətinə müqavilə müddətinin bitməsi ilə bağlı xitam verilib. Hələlik bu vəzifəyə təyinat olmayıb. Geri dön |