Ana Sayfa > Xəbər > “Ərə gedirəm, nikah sənədlərim də artıq hazırdır” - VİDEO

“Ərə gedirəm, nikah sənədlərim də artıq hazırdır” - VİDEO


16-12-2021, 15:39. Yazar: admin
“Ərə gedirəm, nikah sənədlərim də artıq hazırdır” - VİDEO

“2021-ci il məim üçün məhsuldar bir il oldu. Belə ki, yeni evə köçdüm, şəxsi həyatımda yenilik oldu. Sevirəm, sevilirəm, hazırda nikaha hazırlaşıram. Ailə quracağım insanla sənədlərimizi toplamışıq, yaxında nikaha daxil olacağıq. Yəni, başım şəxsi həyatıma qarışıb”.

DİA.AZ xəbər verir ki, Moderator.az-a açıqlamasında Afət Fərmanqızı ərə gedəcəyi şəxsdən də söz açıb:

“Rusiyada yaşayan biznesmen, iş adamıdır”.

Müğənni “Toy olacaq?” sualımıza bu cür cavab verib:

“Toy etməyəcəyik, çünki o da, mən də evli olub, ayrılmışıq. Sadəcə qohumlar arasında xırda kampaniya edəcəyik. Mənim böyük oğlum var, ona görə də dəbdəbəli toy fikrindən uzağam. Qohumlar şahid olsun, bir də el-aləm görsün ki, Afət ailə qurdu, ərə getdi. Yoxsa ona da ehitiyacımız olmazdı. Deyirlər filankəs ərə getdi, amma nikahı yoxdur. Əslində bizim aramızda heç nikah söhbəti də önəmli deyil. Rəsmi nigah olmayanda sanki o şəxs mənim deyil. Mənim də, onun da var-dövlətə ehtiyacımız yoxdur. Ona görə özümü nədənsə sığortalamaq məqsədi ilə bunu etmirəm. Ailəq qururamsa düşünürəm ki, nikahım olmalıdır”.

Geri dön