Ana Sayfa > Xəbər > Yüksək vəzifəli şəxs işdən çıxarıldı

Yüksək vəzifəli şəxs işdən çıxarıldı


13-12-2021, 16:54. Yazar: admin

Yüksək vəzifəli şəxs işdən çıxarıldı
Dövlət Sığorta Kommersiya Şirkətinin sədr müavini vəzifəsindən azad olunub.

“Qaynarinfo”nun məlumatına görə, 1989-cu ildən Dövlət Sığorta İdarəsinin sədrinin birinci müavini vəzifəsində çalışan Hacıyev Aftandil Əskər oğlu müvafiq əmrlə yaş həddi ilə əlaqədar işdən çıxarılaraq təqaüdə göndərilib.

Qeyd edək ki, Aftandil Hacıyev 1944-cu ildə Tovuz rayonunda anadan olub. O, 1967-ci ildə Mərkəzi Əmanət kassasında kontroller, 1968-ci ildə Dövlət Sığorta İdarəsinin Şəxsi Sığorta Şöbəsində inspektor vəzifəsinə təyin olunub. 1989-cu ildə Dövlət Sığorta İdarəsinin sədrinin birinci müavini vəzifəsinə təyin edilib.

Xatırladaq ki, bir neçə gün əvvəl Azərbaycan Prezidenti İlham Əliyev Fərhad Adıgözəlovu Dövlət Sığorta Kommersiya Şirkətinə sədr təyin edib.
Geri dön