Ana Sayfa > Xəbər > Bakının mərkəzində dönərdən kütləvi zəhərlənmə: Bəzilərinin vəziyyəti orta-ağırdır - YENİLƏNİB
Bakının mərkəzində dönərdən kütləvi zəhərlənmə: Bəzilərinin vəziyyəti orta-ağırdır - YENİLƏNİB13-12-2021, 10:29. Yazar: admin |
“Zəhərlənən şəxslərin vəziyyəti orta-ağır olaraq qiymətləndirilir”. Bu sözləri Oxu.Az-a açıqlamasında Kliniki Tibbi Mərkəzin İctimaiyyətlə əlaqələr bölməsinin müdiri Elnur Hidayətoğlu deyib. E. Hidayətoğlu bildirib ki, zəhərlənən şəxslərdən biri evə buraxılıb: “Səkkiz nəfərdən biri qadın, digərləri kişidir. Zəhərlənənlərin dediyinə görə, dönəri “28 Mall” yaxınlığında yerləşən dönərxanalardan birindən alıblar. Hadisə ötən gün saat 13:00-17:00 aralığında baş verib. Bu adamların xəstəxanaya müraciəti bir neçə saat ərzində artıb. Zəhərlənənlərdən bəzilərinin vəziyyəti orta-ağır, bəzilərinin vəziyyəti isə stabildir”. Bakıda dönərdən kütləvi zəhərlənmə baş verib. Oxu.Az xəbər verir ki, bu barədə Kliniki Tibbi Mərkəzin İctimaiyyətlə əlaqələr bölməsinin müdiri Elnur Hidayətoğlu məlumat verib. Onun sözlərinə görə, zəhərlənənlərin hamısı Kliniki Tibbi Mərkəzə gətirilib: “İlkin məlumatlara görə, müxtəlif vaxtlarda dönərdən zəhərlənən səkkiz nəfər gətirilib. Onlardan biri yeniyetmədir”. Geri dön |