Ana Sayfa > Xəbər > “Ailəm Şuşanın şəkillərinə baxmağa icazə vermir” – Xalq artisti

“Ailəm Şuşanın şəkillərinə baxmağa icazə vermir” – Xalq artisti


8-05-2015, 16:11. Yazar: admin
“Ailəm Şuşanın şəkillərinə baxmağa icazə vermir” – Xalq artisti
“Heç Şuşanı unuda bilirəm ki, xatırlayım da? Şuşa işğal olunan gündən indiyənə kimi yadımdadır. Gözümü yuman kimi Şuşa gözümün qabağına gəlir”.

Bunu AzVision.az-a Azərbaycanın Xalq artisti, Şuşadan olan akrtisa Firəngiz Mütəllimova deyib.

23 ildir Şuşaya həsrət qalan F. Mütəllimova orada keçirdiyi günləri yaddan çıxara bilmir: “Gözümü yuman kimi avtobusdan düşdüyüm, şəhərə giriş qapısından içəri girdiyim, Güllü parkdan, Mədəniyyət Evinin qabağından, hamamın önündən keçirəm. Mən ordan çıxanda xəyalımda necə qalıbsa, indi də elə yaşayır. Heç cür məhələmizi yox təsəvvür edə bilmirəm”.

Şuşanın son görüntülərinə baxmayan F. Mütəllimova ailəsinin həmin şəkilləri ona göstərmədiyini deyib: “Beyin əməliyyatı keçirmişəm. Eşitmişəm ki, Şuşanın son şəkilləri yayılıb. Amma hələ də baxa bilmirəm. Ailəm icazə vermir, göstərmirlər. Hətta bacımın Şuşanı görməyən balaları mənim Şuşada çəkdirdiklərim şəkilləri paylaşırlar. Bu, bütün Azərbaycanın dərdidir. Biri var orada doğulub, boya-başa çatasan, oranın iyini tutasan. Burada da güllər var amma oranın ətri yoxdur. Doymaq olmur Şuşadan”.

Şuşa ilə bağlı kitab çıxarmağı planlaşdıran aktrisa kitabın təqdimatının Şuşada olacağını deyir: “Belə bir hissim var. İnanıram ki, kitabım hazır olana kimi Şuşaya qayıdacağıq. Kitabımın da təqdimatını orada keçirəcəyəm”.

Geri dön