Ana Sayfa > Xəbər > Növbəti “Yüksəliş” müsabiqəsinin keçirilməsi üçün 1 milyon manat ayrılıb - SƏRƏNCAM
Növbəti “Yüksəliş” müsabiqəsinin keçirilməsi üçün 1 milyon manat ayrılıb - SƏRƏNCAM9-12-2021, 17:08. Yazar: admin |
Prezident İlham Əliyev 2022-ci ildə növbəti “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı tədbirlər və “Yüksəliş” müsabiqəsinin təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 26 iyul tarixli 1354 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Sərəncam imzalayıb. Sərəncamla 2022-ci ildə növbəti “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı cari işlərin görülməsi üçün Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinə bir milyon manat ayrılıb. Prezident Qubanın Qonaqkənd qəsəbəsində aparılan yenidənqurma işləri ilə tanış olub - FOTO Putin: “Pandemiyaya baxmayaraq, Rusiya ilə Azərbaycan arasında ticarət dövriyyəsi 11% artıb” Prezident İlham Əliyev Uşaqların V Ümumrespublika Forumunun iştirakçılarına təbrik məktubu göndərib Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan maliyyələşməni təmin etməli, Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 26 iyul tarixli 1354 nömrəli Sərəncamı ilə yaradılmış Təşkilat Komitəsi bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir. “Yüksəliş” müsabiqəsinin təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 26 iyul tarixli 1354 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 7, maddə 1293) 2-ci hissəsi ilə yaradılmış Təşkilat Komitəsinin tərkibi aşağıdakı redaksiyada verilib: “Təşkilat Komitəsinin sədri Fərəh Əliyeva - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Təşkilat Komitəsinin üzvləri Anar Ələkbərov - Azərbaycan Respublikası Prezidentinin köməkçisi Fərid Qayıbov - Azərbaycan Respublikasının gənclər və idman naziri Mikayıl Cabbarov - Azərbaycan Respublikasının iqtisadiyyat naziri Emin Əmrullayev - Azərbaycan Respublikasının təhsil naziri Ceyhun Bayramov - Azərbaycan Respublikasının xarici işlər naziri Sahil Babayev - Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Məleykə Abbaszadə - Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Ülvi Quliyev - Azərbaycan Respublikası Milli Məclisinin deputatı Balakişi Qasımov - İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru.”. Geri dön |