Ana Sayfa > Xəbər > 183 bağçanın məsul şəxsləri cəzalandırılıb - AÇIQLAMA

183 bağçanın məsul şəxsləri cəzalandırılıb - AÇIQLAMA


9-12-2021, 16:25. Yazar: admin

183 bağçanın məsul şəxsləri cəzalandırılıb - AÇIQLAMA
“AQTA tərəfindən oktyabrın 4-dən dekabrın 1-nə qədər Bakı və regionlarda ümumilikdə 220 məktəbəqədər təhsil müəssisəsində monitorinq həyata keçirilib. Onlardan 205 müəssisədə 1236 nöqsan aşkarlanıb”.

APA-nın məlumatına görə, bunu Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşı Şəhla Yusifzadə qurumun “Facebook” səhifəsindəki canlı yayımda bildirib.

Onun sözlərinə görə, kobud pozuntular aşkarlanmış 183 məktəbəqədər təhsil müəssisəsin məsul şəxsləri barəsində tədbirlər görülüb: “AQTA tərəfindən məktəbəqədər təhsil müəssisələrində qidalanmanın düzgün təşkil edilməsinə dəstək məqsədilə həm Bakı, həm də bölgələrdə fəaliyyət göstərən körpələr evi-uşaq bağçalarının rəhbərləri və məsul şəxslərinin iştirakı ilə təlimlər keçirilib. Bu təlimlər mütəmadi keçiriləcək”.
Geri dön