Ana Sayfa > Xəbər > “O, bizi qələbədən qələbəyə ruhlandırırdı” - Heydər Əliyev xatirələrdə
“O, bizi qələbədən qələbəyə ruhlandırırdı” - Heydər Əliyev xatirələrdə8-05-2015, 15:21. Yazar: admin |
Ulu Öndər Heydər Əliyevin anadan olmasından 93 il keçir. Ümumilli liderin ad günü ərəfəsində ölkənin tanınmış ziyalıları Ulu Öndərlə bağlı xatirələrini Editor.az-a bölüşüblər. “Səs” qəzetinin və eyniadlı media qrupun rəhbəri Bəhruz Quliyev bildirib ki, Heydər Əliyev bütün şüurlu fəaliyyətini Azərbaycan dövlətinin güclənməsinə, rifahına həsr edib: “Ümummilli lider olmasaydı, müxtəlif qruplaşmalar Azərbaycanı parçalayacaqdı. Azərbaycanın bir hissəsi Şərqə, bir hissəsi Qərbə, bir hissəsi Şimala, bir hissəsi də Cənuba parçalanacaqdı. Müstəqil Azərbaycan, bugünkü Azərbaycan olmayacaqdı. Heydər Əliyev bütün enerjisini, bilik və bacarığını Azərbaycan dövlətinin güclənməsinə həsr edib. O, hələ Sovetlər dönəmində ölkəyə rəhbərlik edəndə Azərbaycanın müstəqilliyinin əsasını qoydu. Heydər Əliyev Azərbaycan kəndlisinə torpaqdan istifadə etməyi, becərməyi, məhsul almağı öyrətdi. Azərbaycan kəndlisinə özünə ev-eşik tikməyi, ev-eşik sahibi olmağı, həyət-baca sahibi olmağı Heydər Əliyev təlqin elədi. Azərbaycan insanına öz övladlarını oxutmasına, təhsil verməsinə, irəli çəkməsinə, orta məktəb məzunlarının Azərbaycandan kənara çıxmasına, o zaman ünlü olan təhsil müəssisələrində təhsil almasına Heydər Əliyev şərait yaratdı”. Azərbaycan Respublikasının xalq artisti İlhamə Quliyeva söyləyib ki, nə qədər Azərbaycan var, Heydər Əliyev ideyaları yaşayacaq: “Heydər Əliyev mənim üçün sağdır. O, daim bizim qəlbimizdə yaşayacaq. Bu gün yaşadığımız, müasir, inkişaf edən Azərbaycan Heydər Əliyevin şah əsəridir. Ulu Öndərin Azərbaycana bəxş etdiyi ən böyük hədiyyə cənab Prezident İlham Əliyevdir. Məhz İlham Heydər oğlu Əliyev cənablarının rəhbərliyilə ölkəmiz sürətlə inkişaf edir, çiçəklənir, dünyada sayılıb-seçilir”. BDU Tətbiqi Rizyaziyyat ETİ-nin direktoru, akademik Fikrət Əliyevin sözlərinə görə, Heydər Əliyev O şəxsiyyətlərdən idi ki, öz zəngin siyasi təcrübəsi, istedadı ilə hamını heyran qoymağı bacarırdı: “Çox az millətin və xalqın taleyinə belə istedadlı, vətənpərvər şəxsiyyətlər düşür. Ulu Öndər hamı ilə dil tapmağı bacarırdı. Təvazökarlığı, yüksək insani münasibətləri ilə hər kəsin qəlbini fəth etməyi bacarırdı. Ümumilli Lider elmə, mədəniyyətə bağlı adam idi. O, mütəmadi olaraq, elm adamları ilə görüşür, onlara öz tövsiyyələrini verirdi. Bu gün inkişaf edən Azərbaycan elmi və təhsili Ulu Öndər Heydər Əliyevin sayəsində bu səviyyəyə gəlib çatıb və biz ölkə ziyalıları olaraq buna görə, daim Ulu Öndər Heydər Əliyevə və onun layiqli davamçısı, Cənab Prezident İlham Əliyevə borcluyuq”. Avropa Uroloqlar Cəmiyyəti İdarə Heyətinin üzvü, tanınmış uzman-uroloq Araz Bayramov Heydər Əliyevin ölkə gəncliyinin dostu olduğunu söylədi: “Ulu Öndər hələ Sovetlər dönəmində ölkəyə rəhbərlik etdiyi dövrdən ölkə gəncliyinə qayğı ilə yanaşır, onların xaricdə təhsil almasına şərait yaradırdı. Bu siyasət Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişindən sonra da davam etdi. Şəxsən mən özüm “Prezident təqaüdçüsü” olmuşam, 2011-ci ildə “İlin gənci” adına layiq görülmüşəm. Biz ölkə gəncliyi olaraq hər zaman Ulu Öndərin dəstəyini öz üzərimizdə hiss etmişik. Çox sevinirik ki, Heydər Əliyev siyasi kursu bu gün də davam edir və cənab Prezident İlham Əliyev gənclərə ən yüksək səviyyədə qayğısını davam etdirir”. Sahibkar Natiq Əliquliyev “Heydər Əliyev olmasaydı, müasir, güclü, qüdrətli Azərbaycanda olmazdı” deyərək, Ulu Öndərin ölkəmiz qarşısında misilsiz xidmətlər göstərdiyini söylədi: “Azərbaycanın bugünkü inkişaf yolunun əsas istiqamətlərindən danışarkən birmənalı şəkildə qeyd etmək lazımdır ki, bu inkişaf ilk növbədə xalqımızın ümummilli lideri Heydər Əliyevin müəyyən etdiyi siyasi xəttin ardıcıl davam etdirilməsinin nəticəsidir. Heydər Əliyev bütün həyatı boyu Vətəninin, xalqının gələcəyini düşünərək, Azərbaycanın müstəqilliyinin əbədiliyinə bütün varlığı ilə inanaraq bu dövlətin ideya əsaslarını, strateji inkişaf istiqamətlərini konkret olaraq müəyyənləşdirib. Ulu Öndər müstəqil Azərbaycan dövlətinin memarı olaraq, ölkəmizdə azad sahibkarlıq mühitinin formalaşmasına, inkişafına şərait yaradaraq, bugünkü iqtisadi uğurlarımızın təməlini qoyub”. Kikboksinq üzrə 9 qat dünya çempionu Araz Musayev deyib ki, Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin qurucusu və memarıdır: “O, elə bir fitri istedada malik şəxsiyyət idi ki, hər bir sahəyə diqqət ayıra bilirdi. Azərbaycanın idman ölkəsi olaraq dünyada tanınması məhz Ulu Öndərin sayəsində mümkün oldu. Bu gün artıq Azərbaycan dünya səviyyəli idman yarışlarına ev sahibliyi edir. Gələn ay ilk Avropa Oyunları ölkəmizdə keçiriləcək. Bu bizim qürur mənbəyimizdir. Ulu Öndərin yürütdüyü siyasət bu gün də uğurla davam etdirilir. Cənab Prezident İlham Əliyevin rəhbərliyilə ölkəmiz günü-gündən çiçəklənir, inkişaf edir. Nə qədər Azərbaycan var, əsrlər keçsə də, Heydər Əliyev ideyaları bizim silahımız olacaq. O, bizi qələbədən qələbəyə ruhlandırırdı”. Vertikal.az Geri dön |