Ana Sayfa > Xəbər > Yaşat Fondunun 1 ili: hansı işlər görülüb?

Yaşat Fondunun 1 ili: hansı işlər görülüb?


8-12-2021, 00:17. Yazar: admin
Yaşat Fondunun 1 ili: hansı işlər görülüb?

İndiyə kimi bu Fonda 65 milyona qədər vəsait toplanıb ki, həmin vəsaitdən 45 milyon manat şəhid ailələrinə və qazilərə xərclənib
Dekabrın 8-də - Vətən müharibəsindən sonra şəhid ailələrinə və yaralılara dəstək məqsədilə ASAN Xidmətin nəzdində "Yaşat" Fondunun yaradılmasının 1 ili tamam olur. Fonddan verilən hesabatda deyilir ki, 2021-ci il dekabrın 2-dək Fonda 65 milyona yaxın vəsait daxil olub. 2916 şəhid ailəsi üzvləri və 4946 yaralı olmaqla ümumilikdə 16 min 348 nəfərlə görüş keçirilib və ehtiyacları qeydə alınıb.10 min 781 şəxsin 15 min 644 müraciəti icra olunub.

Şəhid ailələrinin və yaralıların ehtiyaclarına 49 milyon 54 min 136 manat 86 qəpik pul xərclənib. 15 milyon 719 min 626 manat 91 qəpik hələlik istifadə olunmamış qalıb. Xərclənən vəsaitdən 32 milyon 173 min 789 manat 50 qəpik məişət şəraaitinin yaxşılaşdırılmasına, 445 min 228 manat 51 qəpik təhsil, peşə hazırlığı və yaradıcı potensialın inkişafına, 5 milyon 395 min 854 manat 57 qəpik istehlak kreditlərinin və başqa borc öhdəliklərinin qarşılanmasına, 11 milyon 39 min 264 manat 28 qəpik isə müalicə və psixoloji dəstək xərclərinin ödənilməsinə sərf olunub. Təhsil, peşə hazırlığı və yaradıcı potensialın inkişafı xərcləri istiqaməti üzrə şəhid ailə üzvlərinin 137 və yaralıların 20 müraciəti olmaqla ümumilikdə 157 müraciət təmin edilib. Fondun təşəbbüsü ilə təhsil haqqının qarşılanması üzrə təhsil müəssisələri tərəfindən 222 min AZN vəsait qarşılanıb. Təhsil haqqı qarşılanan 63 şəxsin ödənişi Fond tərəfindən, 60 şəxsin isə ödənişi Fondun təşəbbüsü ilə təhsil müəssisələri tərəfindən qarşılanıb.

Yaşat Fondunun 1 ili: hansı işlər görülüb?

YAŞAT” Fonduna bir günə 1,5 milyon manat vəsait ianə

Müalicə və psixoloji dəstək xərclərinin ödənilməsi istiqaməti üzrə şəhid ailə üzvlərinin 2 988 və yaralıların 2 473 müraciəti olmaqla ümumilikdə 5 461 müraciət təmin edilib. Ümumilikdə 150 ağır yaralı müalicə edilməsi məqsədi ilə Türkiyə Respublikasına göndərilib, onlardan 117-si ölkəyə geri qayıdıb. Hazırda 33 ağır yaralının müalicəsi Türkiyə Respublikasında davam edir. YAŞAT” Fondunun dəstəyi ilə ölkəmizə gətirilən Türkiyəli həkimlər tərəfindən 150-dən çox yaralı müayinə edilib.

Fond tərəfindən həm də istehlak kreditləri və digər borc öhdəliklərinin qarşılanması ilə bağlı addımlar atılıb. Bu istiqamət üzrə şəhid ailə üzvlərinin 687, itkin ailə üzvlərinin 3 və yaralıların 907 müraciəti olmaqla ümumilikdə 1 597 müraciət təmin edilib. Fondun təşəbbüsü ilə borc öhdəliyinin qarşılanması üzrə müəssisələr tərəfindən 125 min AZN vəsait qarşılanıb.

Yaşat Fondunun 1 ili: hansı işlər görülüb?

YAŞAT Fondu — Vikipediya

Fondun 1 illik fəaliyyətini dəyərləndirən hərbi ekspert Şair Ramaldanov bildirdi ki, Azərbaycan Vətən müharibəsində zəfər qazandı və ondan sonra prezident İlham Əliyevin sərəncamı əsasında Yaşat Fondu yaradıldı: “Yaşat Fondunun fəaliyyət istiqamətləri şəhid ailələri və Vətən müharibəsi əlillərinin məişət şəraitini yaxşılaşdırmaq, səhiyyə xərclərini ödəmək, sağlamlığının bərpası istiqamətdə yardımçı olmaq, təhsil xərclərini qarşılamaq, kredit borclarını bağlamaq və sairdir. Yaşat Fondu o demək olar ki, ilk gündən bütün stereotipləri dəyişərək, bürokratiya tələblərini aşaraq bu şəxslərə xidmət etdi. Bürokratiyanı aşaraq o mənada deyirəm ki, şəhid ailəsi statusu almaq üçün, əllillik status almaq üçün xeyli vaxt keçir. İndiyə kimi cəmi 2000-dən yuxarı şəxsə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əlillik dərəcəsi verib. Bunları gözləmədən artıq şəhid ailələrinin siyahıları tərtib olunan kimi onların sənədləşməsini gözləməyərək, Yaşat Fondu özü o ailələrə getdi, onlarla görüşdü, o ailələrin problemlərini qeyd elədi , həlli ilə məşğul oldu. Yaşat Fondunun İctimai Şurası var və onun 11 üzvü var. Biz Şura üzvü olaraq hər ay iclas keçiririk və orada təkcə əlilliyi olanları yox, bütün qaziləri əhatə etməyə çalışırıq. Bütün qazilərin sağlamlığı ilə məşğul oluruq. 150 nəfərə qədər Türkiyəyə qazi göndərmişik. Onlardan 115 nəfəri müalicə olunub, qayıdıblar. 35 nəfərin isə vəziyyəti ağırdır. Qazilərimizin sağlamlıq məsələləri, bərpa məsələləri, eyni zamanda məişət problemləri Yaşat Fondu tərəfindən təmin olunur”.

Heç bir müharibə olmayacaq- Şair Ramaldanov

Yaşat Fondunun 1 ili: hansı işlər görülüb?

Şair Ramaldanov

Ş.Ramaldanov bildirdi ki, Yaşat Fondu bu geniş diapazonda fəaliyyət göstərir: “Hal-hazırda indiyə kimi bu Fonda 65 milyona qədər vəsait toplanıb: “Həmin vəsaitin 45 milyon manatı şəhid ailələrinə və qazilərə qeyd etdiyim istiqamət üzrə yardım göstərilib. Yaşat Fondu ilk gündən xalq arasında hörmət və etibar qazandı. Bu Fondda gedən bütün prosesləri izləmək mümkündür, bu istiqamətdə portal yaradılıb. O portalda bütün məlumatlar əks olunub. Hətta hər kim oraya nə qədər vəsait göndəribsə, onu da əyani şəkildə görə bilər. İnsanlar görə bilir ki, onun vəsaiti hansı istiqamətdə istifadə olunub. Kartlar vasitəsilə, SMS vasitəsilə pul köçürmələri mümkündür. Rayonlarda Fondun nümayəndələri var və onlar vasitəsilə çoxsaylı yardımlar edilir. Yaşat Fondunda işləyən şəxslər şəhid ailələri və qazilərdir. Onlar həmin ailələrin dərdini çox yaxından duyan insanlardırlar. 1 il ərzində bu Fond çox işlər gördü. Bu işlərdə tam şəffaflıq təmin olundu və ona görə də, etibar qazandı. Bu istiqamətdə də Fond işinə davam edəcək, təkcə vətən müharibəsində yox, I Qarabağ müharibəsində şəhid olanların ailələrini və qaziləri də əhatə edəcəyik. Bizim bu istiqamətdə layihələrimiz var. Bizim çox gözəl komandamız var və o komanda demək olar ki, cənab prezident İlham Əliyev tərəfindən Yaşat Fondunun qarşısına qoyulan bütün məqsədlərə nail olmaq üçün səy göstərirlər. Qazilərimizin qayğılarına cavab verərək, onların istəklərini yerinə yetirərək problemlərinin həllinə kömək edirik. Bu istiqamətdə də davam edəcəyik”.


Musavat.com
Geri dön